UEFA ötən mövsümün ən yaxşı futbolçusunu açıqladı

UEFA ötən mövsümün ən yaxşı futbolçusunu açıqladı

Ötən mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.

SİA Qol.az-a istinadən xəbər verir ki, qalibin adı Türkiyənin İstanbul şəhərində keçirilən Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanıb. Bu ada "Real"ın hücumçusu Kərim Benzema layiq görülüb..

Ən yaxşı adına Tibo Kurtua ("Real") və Kevin de Brüyne də ("Mançester Siti") namizəd idi.

Qeyd edək ki, ötən mövsümün ən yaxşı futbolçusu "Çelsi"nin futbolçusu Jorjinyo seçilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə