Belaruslu tennisçi turnirə buraxılmayıb

Belaruslu tennisçi turnirə buraxılmayıb

Belaruslu tennisçi Viktoriya Azarenko ABŞ Açıq çempionatı ərəfəsində ABŞ-da Ukraynaya dəstək məqsədilə keçiriləcək xeyriyyə turnirində iştirak etməyəcək.

SİA RBC-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Tennis Assosiasiyası (USTA) məlumat yayıb.

Bəyanatın mətninə əsasən, qərar vəziyyəti diqqətlə nəzərdən keçirdikdən və bütün maraqlı tərəflərlə söhbətlərdən sonra qəbul edilib. Turnirin təşkilatçıları qeyd ediblər ki, onlar Azarenkonun iştirak etmək istəyini yüksək qiymətləndirsələr də, lakin ukraynalı oyunçuların buna və davam edən münaqişəyə ağrılı reaksiyasını nəzərə alaraq, belə bir qərarın düzgün olacağını hiss ediblər.

Qeyd edək ki, WTA reytinqində 89-cu yeri tutan ukraynalı tennisçi Lesya Tsurenko bildirib ki, ukraynalı idmançılar Azarenkonun turnirdə iştirakına etiraz ediblər. Onun sözlərinə görə, bu tədbirin təşkilatçıları olan ABŞ Tennis Assosiasiyası bunun düzgün olmadığını və Ukrayna ictimaiyyəti, Ukrayna xalqı üçün qəbuledilməz olduğunu izah etmək üçün bir sıra tədbirlər görüb.

Xatırladaq ki, dünyanın keçmiş birinci raketi olan 33 yaşlı Viktoriya Azarenko hazırda WTA reytinqində 26-cı yerdədir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə