Zaqreb "Dinamo"su ÇL-in qrup mərhələsində

Zaqreb "Dinamo"su ÇL-in qrup mərhələsində

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb, Xorvatiya) bu gün Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

SİA Qol.az-a istinadən xəbər verir ki, komanda "Budö Qlimt"lə (Norveç) bu dəfə evdə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. M. Emreli sözügedən görüş üçün ehtiyat oyunçular sırasında yer alıb.

Bu komandalar arasında ilk matç Norveç klubunun minimal hesablı qələbəsi ilə başa çatıb.

Çempionlar Liqası, Pley-off mərhələsi

Cavab oyunları

24 avqust

23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Budö Qlimt" (Norveç) - 4:1

Qollar: Orsiç, 4 (1:0), Petkoviç, 35 (2:0), Qronbek, 70 (2:1), Drmiç, 117 (3:1), Bockaj, 120 (4:1)

"Maksimir" stadionu

İlk oyun - 0:1

Bütün xəbərlər Facebook səhifəmizdə