"Yuventus" Miliki transfer edir

"Yuventus" heyətini yeni hücumçu ilə gücləndirir.

SİA Qol.az-a istinadən xəbər verir ki, Turin klubu "Marsel"in forvardı Arkadiuş Miliki icarəyə götürür.

Klublar arasında razılıq əldə olunduğu bildirilir.

Qeyd edək ki, 2021-ci iln yamvarından "Marsel"də çıxış edən Milik 55 oyuna 30 qol vurub, 3 qol ötürməsi edib.

Bütün xəbərlər Facebook səhifəmizdə