"Qarabağ" "Viktoriya"ya qarşı

Bu gün Çempionlar Liqasının pley-off mrəhələsinin cavab oyunlarına start veriləcək.

SİA Qol.az-a istinadən xəbər verir ki, turnirdəki təmsilçimiz "Qarabağ" Çexiyada “Viktoriya”nın qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İlk matç heç-heçə başa çatdığından və artıq səfər qolu qaydası ləğv olunduğundan qrupa düşmək istəyən komanda mütləq qələbə qazanmalıdır.

Qeyd edək ki, Ağdam klubu bu gün uğur qazansa, tarixində 2-ci dəfə ÇL-də qrupa yüksələcək (ilk dəfə 2017/18 mövsümündə).

Qeyd edək ki, ÇL-də bütün pley-off cütlərinin məğlubu Avropa Liqasının qrup mərhələsində oynayacaq.

23 avqust

Çempionlar Liqası

Pley-off, cavab oyunu

23:00. "Viktoriya" (Çexiya) - “Qarabağ” (Azərbaycan)
Baş hakim
: Artur Dias (Portuqaliya)
Plzen. Duşan Arena

İlk oyun - 0:0

Bütün xəbərlər Facebook səhifəmizdə