"Barselona" onu "Malyorka"ya satır

"Barselona" futbolçusu Martin Breytveyti satmaq üçün klub tapıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. Bildirilib ki, "Malyorka" 31 yaşlı hücumçunu almağa hazırdır.

"Barselona" artıq bir müddətdir, Martinlə yollarını ayrımaq istəyir. Klub bu fürsəti dəyərləndirmək niyyətindədir.

Qeyd edək ki, Martin 2020-ci ilin fevra ayından "Barselona"nın futbolçusudur. O, bu müddət ərzində ümumilikdə 57 matçda 10 qol vurub və 5 qolun ötürməsini verib. Danimarkalı forvardın müqaviləsi 2024-cü ilə qədərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə