Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa çıxacaq.
SİA Qol.az-a istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Çexiyada “Viktoriya”nın (Plzen) qonağı olacaq.
Bakıda keçirilən ilk oyunda hesab açılmayıb. Saat 23:00-da start götürəcək qarşılaşmada istənilən hesablı qələbə komandalardan birini Çempionlar Liqasının qrup mərhələsinə çıxaracaq.
“Qarabağ”ın “Viktoriya” ilə matçda iki əsas itkisi var. Söhbət müdafiəçilər – zədəli Maksim Medvedev və Kevin Medinadan gedir.
“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinədək Polşanın “Lex”, İsveçrənin “Sürix” və Macarıstanın “Ferentsvaroş” komandalarını mübarizədən kənarlaşdırmışdı.
Ağdam təmsilçisi tarixində yalnız bir dəfə, 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
UEFA Çempionlar Liqası
Pley-offun cavab oyunu
23 avqust
23:00. Viktoriya (Plzen) - Qarabağ
Hakimlər: Artur Diaş, Ruy Tavareş, Paulu Soareş, Fabiu Verisimu (hamısı Portuqaliya).
Plzen. “Dusan Arena”.
İlk oyun – 0:0.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB