"Liverpul" "Mançester Yunayted"ə məğlub olub

"Liverpul" "Mançester Yunayted"ə məğlub olub

Bu gün İngiltərə Premyer Liqasında 3-cü tura yekun vurulub.

SİA Qol.az-a istinadən xəbər verir ki, turun son matçında "Mançester Yunayted" doğma meydanda "Liverpul"u qəbul edib.

Oyun "qırmızı şeytanlar"ın qələbəsiylə başa çatıb. "Mançester Yunayted" bununla da Premyer Liqada bu mövsüm ilk qələbəsini qazanıb.

23 avqust

"Mançester Yunayted" - "Liverpul" - 2:1
Qollar:
C.Sanço, 16, M.Reşford, 53 - M.Salah, 81

Bu nəticədən sonra "Mançester Yunayted" 3 xalla 14-cü, "Liverpul" 2 xalla 16-cı pillədə qərarlaşıb. "Arsenal" xalla liderdir.

Bütün xəbərlər Facebook səhifəmizdə