"Biz 90 dəqiqə mübarizə apardıq" - BAŞ MƏŞQÇİ AÇIQLADI

"Biz 90 dəqiqə mübarizə apardıq" - BAŞ MƏŞQÇİ AÇIQLADI

"Bu gün parlaq bir oyuna şahid olduq. Bizim daima "Nefçi" komandası ilə oyunlarımız gərgin keçir. Bu oyun bizim üçün mental cəhətdən çox önəmli idi". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Sabah" futbol klubunun baş məşqçisi Murad Musayev bildirib.
Baş məşqçinin sözlərinə görə, stadionda azərkeşlərimizin bizi dəstəkləməsi də çox gözəl idi: "Bizim əsas məqsdimiz bundan sonra ki, oyunlarda da qələbə qazanmaqdır. Biz 90 dəqiqə mübarizə apardıq. Düşünürəm ki, oyunun hər bir dəqiqəsində güclü şəkildə özümüzü göstərdik. Demək olar ki, hər bir məşqdə komanda ilə danışaraq onları oyuna hazırlayıram. "Nefçi" komandası əks hücmlara daha çox önəm verən komandadır. Bu səbəbdən də əsas taktikanı əks hücum üzərindən qurmuşduq".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə