"Bu cür məğlubiyyət utanc vericidir" - BAŞ MƏŞQÇİ BİLDİRDİ

"Bu cür məğlubiyyət utanc vericidir" - BAŞ MƏŞQÇİ BİLDİRDİ

"Biz tərəfdən çox pis oyun keçdi. Bu oyunu komanda ilə birgə müzakirə edəciyik. Əgər biz belə oyanayırıqsa deməli qələbəyə layiq deyilik". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Nefçi" komandasının baş məşqçisi Laurentsiu Regekampf "Nefçi" - "Sabah" oyunundan dərhal sonra keçirilən mərbuat konfransında bildirib.
Baş məşqçi bildirib ki, komandada kifayət qədər keyfiyyətli oyunçular var: "Lakin biz əlimizdən gələni etməliyik. Pis oynasaq belə 2-ci hissə də oyunun talehini həll edə bilərdik. Oyunun sonlarında baş verən epizodlar olmamalı idi. Sabahdan etibarən üzərimizdə məşq etməyə çalışacıyıq. Meydanın mərkəzində mübarizəli bir oyun gedirdi. Lakin biz taktika olaraq bu oyuna hazır deyildik. Oyunda müəyyən dəyişiklik etmək asan deyildi. Mən oyunçular haqqında xüsusi ad qeyd etmək istəmirəm. Çünki bizim komandada gənc və daha təcrübəli idmançılar mövcuddur. Əgər bu günkü kimi bütün oyunlarda oynasaq, bizim üçün bütün oyunlar pis keçəcək. Belə oyunlarda qələbə qazanmaq asan deyil. Bu cür məğlubiyyət utanc vericidir. Biz daha sürətli və güclü oynamalı idik. Fikrimcə, biz oyunun asan keçəcəyini düşündüyümüz üçün çox bəsit yanaşdıq".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə