Yay transfer pəncərəsində “Barselona” müdafiəçi Jules Kunde uğrunda yarışda "Çelsi"ni məğlub etdi. Amma maraqlıdır ki, kataloniyalılar hələ ki, maddi səbəblərdən fransızı qeydə almayıb. SİA-nın bəzi qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə "mavi qranat"ın baş məşqçisi Xavi açıqlama verib.
“...Biz gözləmə rejimindəyik. Kunde əsl lider və böyük oyunçudur. Ümid edirəm ki, o, bunu tezliklə göstərə bilər. O, yaxşı məşq etdi, amma onu imzalamaq üçün oyunçuları satmalıyıq”, - Xavi bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB