Macarıstanın Kişkunfeledhaza şəhərində keçirilən stolüstü tennis üzrə Avrotalant İlkin Təsnifat Düşərgəsinə (Europtalents Pre-Selection Camp) yekun vurulub.
SİA AZƏRTAC-a istinadən xəbər verir: Azərbaycan Stolüstü Tennis Federasiyasından bildiriblər ki, mərhələni uğurla bitirən Azərbaycan təmsilçiləri Xədicə Eylazova və Yağmur Məmmədli Yekun Təsnifat Düşərgəsində iştirak etmək hüququ əldə ediblər.
Yekun Təsnifat Düşərgəsi oktyabrın 16-23-də Sloveniyanın Otoçets şəhərində təşkil olunacaq.
Qeyd edək ki, daha bir istedadlı stolüstü tennisçimiz Onur Quluzadə bu ilin iyun ayındakı seçimlərin nəticəsinə əsasən sözügedən toplanışa dəvət alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB