"Qarabağ"ın Çexiyaya səfər proqramı açıqlanıb

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Viktoriya” (Plzen) komandası ilə qarşılaşacaq “Qarabağ”ın Çexiyaya səfər proqramı açıqlanıb. SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" avqustun 22-də Plzen şəhərinə yollanacaq. Ağdam təmsilçisini Praqaya aparacaq təyyarə saat 09:30-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşəcək.

Avqustun 22-si Bakı vaxtı ilə saat 21:30-da "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Yarım saat sonra isə matçın keçiriləcəyi "Dusan Arena"da komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) gerçəkləşəcək.

Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 23:00-da baş tutacaq. Bakıdakı ilk matçda hesab açılmayıb.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...