Ronaldonu almaq istəyən yeganə klub

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. 37 yaşlı hücumçunu Dortmund "Borussiya"sı almaq istəyir. Almaniya klubu portuqaliyalı forvarda müqavilə təklif etməyə hazır olan yeganə klubdur.

Bildirilir ki, “Borussiya” Ronaldo üçün istənilən sövdələşmə variantını nəzərdən keçirməyə hazırdır – icarə və ya tam transfer. Ronaldonun özü də "Borussiya"nın Çempionlar Liqasında çıxış etdiyinə görə bu kluba keçməyə müsbət baxır.

Qeyd edək ki, Ronaldonun "Mançester Yunayted"dən ayrılmaq istədiyi barədə məlumatlar yayılıb. O, ötən ildən bu komandada oynayır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...