"Oyunun heç-heçə bitməsi bizi qane edir" - BAŞ MƏŞQÇİ AÇIQLADI

"Təbii ki, "Qarabağ" komandasına böyük hörmətimiz var. Biz daha açıq oyun göstərsədik daha marağlı keçə bilərdi oyun. Lakin əsas məqsədimzi özümüzü müdafiə etmək idi". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Viktoriya" komandasının baş məşqçici Michal Blek "Qarabağ"- "Viktoriya" oyunundan dərhal sonra təşkil olunmuş mətbuat konfransında bildirib.

Baş məşqçi bildirib ki, ümumilikdə oyunun heç-heçə bitməsi onları qane edib: "Öz ölkəmizdə "Qaranağ"-la oyunun daha ağır keçəcəyini bilirik. "Qarabağ" çox güclü komandadır. Çünki 3 böyük güclü komandanı geridə qoyub. Şansımız oyun zamanı daha çox idi. Qırmızı vərəq alan futbolçumuz gələn oyunda da yer almayacaq. Lakin çalışacıyıq ki, daha yaxşı hazırlaşıb oyunda qalib olaq".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə