Şpaqa üzrə kişilərdən ibarət milli komandamız Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb. SİA xəbər verir ki, Ruslan Həsənov, Kənan Əliyev və Barat Quliyevdən ibarət seçmə kollektiv kişi şpaqaçıların komanda yarışında 1/4 finalda Birləşmiş Ərəb Əmirliklərini təmsil edən komandaya 45:33 hesabı ilə qalib gəlib.
Millimiz yarımfinalda Özbəkistan yığması ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 11:30-da başlayacaq.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB