Azərbaycan 281 idmançı ilə təmsil olunur - İDARƏ RƏİSİ AÇIQLADI

"Bu gün V İslam Həmrəyliyi Oyunlarında iştirak edən Azərbaycanın ilk nümayəndə heyəti vətənə qayıtdı. İdmançılarımız böyük sevgi və qürur hissi ilə qarşılandı".

SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib.

İdarə rəisinin sözlərinə görə, avqust ayın 8-dən start götürən V İslam Həmrəyliyi Oyunları 18 avqust tarixinə kimi davam edəcək: "24 idman növü üzrə yarışlar keçirilir. Azərbaycan 22 idman növündə 281 idmançı ilə təmsil olunur. Onlardan 173 nəfər bu gün Azərbaycana geri döndü. Hazırda ilk dördlükdə bizim 68 medalımız var. Əsas hədəfimiz ilk beşlikdə olmaqdır. Bu il keçirilən İslam Həmrəylik Oyunlarında gənc nəsil idmançıların iştirakı ilə yanaşı, bir çox təcrübəli idmançılarımızda öz sözlərini dedilər. Türkiyə Azərbaycan idmanı üçün maksimal şərait yaratdı. Cənab Prezident İlham Əliyevin və vitse-prezident Mehriban xanım Əliyevanın idmançılara dəstək verməsi göstərilən nəticələrə müsbət təsir göstərdi. Fürsətdən istifadə edərək idman könüllülərinə, Türkiyədə yaşayan Azərbaycan azərkeşlərinə öz təşəkkürlərimizi bildiririk. Ona görə ki, onların dəstəyi mühim əhəmiyyətə malikdir".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə