İslam Həmrəyliyi Oyunlarında iştirak edən idmançılar vətənə qayıtdı - FOTOLAR

Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarında iştirakını başa vurmuş Azərbaycan idman nümayəndə heyətinin bir qrupu bu gün Vətənə qayıdıb.

SİA xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançılar böyük sevgi və qürur hissi ilə qarşılanıb. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, iştirak ediblər.

Qeyd edək ki, vətənə qayıdan idman heyəti arasında medal qazanan idmançılar da var.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə