"Adana Dəmirspor" Dziubaya rəsmi təklif göndərib

Türkiyə klubu Dziubaya təklif edib Türkiyənin "Adana Dəmirspor" klubu heyətini Sankt-Peterburq "Zenit"inin sabiq hücumçusu Artem Dzyuba ilə gücləndirmək niyyətindədir. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Adana klubu artıq 33 yaşlı hücumçuya rəsmi müqavilə təklifi də edib.

Rusiyanın idman online nəşri olan “Sport24” Türkiyə klubunun idman direktoru Gekxan Gektürkdən sitat gətirir: “Bəli, doğrudur. Biz həqiqətən də Artyom Dziubaya rəsmi təklif etmişik”.

Xatırladaq ki, Dzyuba ötən mövsüm "Zenit"in heyətində 39 matçda 13 qol vurub və 10 məhsuldar ötürmə edib, müqaviləsi başa çatdıqdan sonra komandadan ayrılıb. Futbolçu son bir ayda “Rubin Kazan”nın formasını geyinir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə