Ten Haq 0:4-ə görə futbolçuları cəzalandırdı

"Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının 2-ci turun “Brentford”a 0:4 hesablı məğlubiyyətə görə futbolçuları cəzalandırıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə “ The Athletic” məlumat yayıb.Bildirilib ki, niderlandlı mütəxəssis komandanın oyunçularının planlaşdırılan bazar günü istirahətini ləğv edilib. Bunun əvəzinə komanda məşq keçib. Məşq yalnız təxminən 13,8 km məsafədə kross qaçışdan ibarət olub.

Qeyd edək ki, bu rəqəm "Mançester Yunayted"in futbolçularının "Brentford"la matçdakı klubların ümumi qaçışları arasındakı fərqdir (95,6 km və 109,4 km). Komandanın bütün oyunçuları, o cümlədən şənbə günkü matçda meydana çıxmayanlar qaçmalı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...