Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının doqquzuncu gününün yekunlarına görə Türkiyə medal sıralamasında liderliyini davam etdirir. SİA xəbər verir ki, avqustun 18-dək davam edəcək Oyunlarda Türkiyə idmançıları 60 qızıl, 59 gümüş və 50 bürünc medal qazanıblar. İlk üçlükdə İran (27-23-23) və Özbəkistan (20-17-26) qərarlaşıb.
Azərbaycan 13 qızıl, 14 gümüş və 15 bürünc medalla dördüncü pilləyə yüksəlib.
Qazaxıstan (13-9-21) beşinci, İndoneziya (12-7-9) altıncı, Mərakeş (9-6-20) yeddinci, Bəhreyn (9-6-3) səkkizinci, Qırğızıstan (6-5-4) doqquzuncu və Əlcəzair (4-5-6) isə onuncu pillədə yer alıblar.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.
Oyunların məhz Konyada keçirilməsi təsadüfi deyil. Qədim tarixi olan Konya şəhəri həm də İslam sivilizasiyasının mühüm mərkəzlərindən sayılır. Böyük təsəvvüf şairlərindən olan Cəlaləddin Ruminin türbəsi zahidlər üçün ziyarətgahdır. Ümumiyyətlə, Konya müxtəlif mədəniyyətlərin bir araya gəldiyi harmonik ruha sahibdir.
Xatırladaq ki, 2017-ci il mayın 12-22-də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident və Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın fəaliyyəti sayəsində bütün dünyaya nümayiş etdirdi ki, İslam aləmi bir ola bilir və bu birlik gücümüzü daha da artırır.
“Bakı-2017”də 54 ölkədən 3 mindən çox atlet idmanın 24 növü üzrə keçirilən yarışlarda 269 dəst medal uğrunda mübarizə aparıb. Bu Oyunlara 425 atletlə qatılan Azərbaycan 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci oldu. Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn (21 medal) isə beşinci yerdə qərarlaşdı.
İslam Həmrəyliyi Oyunları ilk dəfə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilib. İranın paytaxtı Tehranda keçirilməli olan ikinci İslamiada ləğv edilib. Üçüncü Oyunlar 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində təşkil olunub.
VI İslam Həmrəyliyi Oyunları isə 2025-ci ildə Kamerunun paytaxtı Yaundedə keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Sabah hava əsasən yağmursuz olacaq
Sosial 13:00Yardımlıda avtomobil yolunun təmirinə iki milyon manat ayrılıb
İqtisadiyyat 12:51Qubadlının Zəfər səhifəsi – qayıdışın qüruru
Siyasət 12:16SHXÇDX-nın rəisi Naxçıvanda səfərdədir
Siyasət 12:09İdman etməyin faydaları
Sosial 11:51“Uzak Şehir” serialında qalmaqal
Şou-Biznes 11:34Sahibə Qafarova Simonyanla görüşündən danışdı
Siyasət 11:31Corat qəsəbəsində qaz təchizatında fasilə olacaq
İqtisadiyyat 11:16Önəmli siyasi həqiqət
Siyasət 11:08Komitədə növbəti kollegiya iclası keçirilib
Siyasət 10:38Azərbaycan neftinin qiyməti 5% dən çox artıb
İqtisadiyyat 09:28Qızıl və gümüşün qiyməti azalıb
İqtisadiyyat 09:21Dövlət Komitəsinin Aparat rəhbəri vəfat edib
Hadisə 09:14Bu günün valyuta məzənnələri
İqtisadiyyat 09:12Altı gün əvvəl avtobusun vurduğu piyada ölüb
Hadisə 09:11Səmra eskalatorlardan şikayətçidir
Şou-Biznes 08:39Makron Rusiya ilə bağlı çağırış etdi
Dünya 08:04Bu gün hava necə olacaq? - PROQNOZ
Sosial 07:43Anıl İlter “Bahar”ın heyətinə qatıldı
Şou-Biznes 07:40Konsertdən əvvəl çantası oğurlandı
Şou-Biznes 07:06“Meta” 600 işçisini ixtisar edəcək
Texnologiya 03:06O da “Survivor”da yarışacaq
Şou-Biznes 02:36Tramp Si Cinpinlə bu tarixdə görüşəcək
Dünya 01:19Rolls-Royce dünyanın ən bahalı və dəbdəbəli sedanını təqdim etdi...
Texnologiya 00:56Mükəmməl görmə üçün nə yemək lazımdır..?
Səhiyyə 00:16Rusiya maliyyəsi “qırmızı yanıb-sönür”...
Dünya 00:04Infiniti QX80 R-spec-in "yüklənmiş" versiyasını hazırlayır...
Texnologiya 23 Oktyabr 23:53Rusiyada hər onuncu kuryer iki ildən sonra robota çevriləcək...
Dünya 23 Oktyabr 23:45Yerusəlimdə tapılan bibliyanı təsdiqləyən artefakt…
Maraqlı 23 Oktyabr 23:36Həm Yupiter, həm də Saturna bənzər iki planet kəşf edilib…
Texnologiya 23 Oktyabr 23:25Saniyədə kvantilyon əməliyyatı yerinə yetirən superkompüter...
Texnologiya 23 Oktyabr 23:14Ana südü ilə ananın immuniteti arasında əlaqə tapılıb...
Səhiyyə 23 Oktyabr 23:05"İnter Mayami" Lionel Messi ilə müqavilənin müddətini uzadıb
İdman 23 Oktyabr 22:59Avropa Liqası: "Fənərbağça" Almaniya klubunu məğlub edib
İdman 23 Oktyabr 22:563I/ATLAS kometindən gələn siqnallar Yer kürəsini təhdid edir...
Texnologiya 23 Oktyabr 22:54Məşhur şirniyyatın təbii enerji gücləndiricisi olduğu sübut edilib...
Səhiyyə 23 Oktyabr 22:43Mərkəzi Asiyalılar artıq iş üçün Avropa Birliyinə gedirlər…
Dünya 23 Oktyabr 22:35Süni intellekt əsrində proqramlaşdırma niyə hələ də vacibdir..?
Texnologiya 23 Oktyabr 22:24Klint İstvudun ən çox verdiyi filmi...
Mədəniyyət 23 Oktyabr 22:16Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9733
+0,08%
-
GBP
2,2645
-0,13%
-
RUB
2,0876
-0,22%
.jpg)


