Rusiyaya gedirsənsə... konki yoxdur

Amerikanın “Bauer” şirkəti amerikalı xokkeyçi Aleks Broadhurstun Rusiya klubu ilə müqavilə bağladığı üçün onun almaq istədiyi iki cüt konki sifarişini yerinə yetirməkdən imtina edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Avanqard”ın baş meneceri Aleksey Volkov “Sport Express”ə verdiyi açıqlamada deyib.

“...Aleks Broadhurst Rusiyaya getməzdən əvvəl “Bauer” şirkətinin iki cüt konkisini sifariş etmək istəyirdi. Təbii ki, Amerika vətəndaşının öz ölkəsində konki sifariş etmək istəməsi adi haldır. Ancaq Rusiyanın “Avangard” komandası ilə müqavilə bağlayan kimi onlar sifarişi yerinə yetirməkdən imtina etdilər”

Qeyd edək ki, bunu Volkov deyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə