Millimizdən növbəti qələbə - FOTOLAR

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında növbəti qələbəsini qazanıb. Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Eldar Yusubovun rəhbərlik etdiyi yığma B qrupundakı son matçında Kamerun yığmasına 3:1 (29:31, 25:12, 25:8, 28:26) hesabla qalib gələrək yarımfinala yüksəlib.
V İslam Həmrəyliyi Oyunları
B qrupu
3 oyun 3 qələbə

8 avqust
1️⃣ Seneqal - Azərbaycan 0:3 (7:25, 6:25, 10:25)
10 avqust
2️⃣ Əfqanıstan - Azərbaycan 0:3 (4:25, 11:25, 4:25)
12 avqust
3️⃣ Kamerun - Azərbaycan 1:3 (31:29, 12:25, 8:25, 26:28)

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə