Taekvondoçumuz V İslam Həmrəyliyi Oyunlarının finalına vəsiqə qazanıb

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında taekvondoçumuz qızıl medal uğrunda mübarizə qazanacaq.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, komandamızın üzvü Fəridə Əzizova (67 kq) yarımfinalda rəqibinə qalib gələrək finala vəsiqə qazanıb.

Qeyd edək ki, bu gün digər taekvondoçumuz Patimat Abakarova (49 kq) bürünc medala sahib olub. Komandamızın daha bir üzvü Cavad Ağayev (68 kq) də finala vəsiqə uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, bundan əvvəl Anna Skidan (atletika, çəkicatma) qızıl, Aleksis Kopello (atletika, üç təkanla tullanma), Alyona Kolesnik (güləş, 59 kq) gümüş, Həşim Məhəmmədov (taekvondo, 58 kq) isə bürünc medala sahib olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə