"Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşü Azərbaycan dövlətinin və rəhbərliyin idmana olan diqqətinin və qayğısının bariz nümunəsidir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.
Milli Məclisin deputatı Rüfət Quliyev bildirib ki, beynəlxalq idman oyunlarından öncə Cənab prezident idmançıları qəbul etməyi unutmur: "Prezident idmançıları qəbul edən zamanı öz tövsiyələrini verir və əgər idmançılarımız medallarla təltif edilibsə təbrik edir. Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşü bir daha onu göstərir ki, dövlətimiz idmana xüsusi dəyər verir. Dövlətimizi gənclər siyasəti fonunda idman sahəsində inamla irəliləyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB