"Qarabağ"ın Azərbaycan Premyer Liqasındakı oyunu təxirə salınmayacaq

"Qarabağ" klubu Azərbaycan Premyer Liqasında II turun "Sumqayıt"la səfər matçının təxirə salınması üçün Peşəkar Futbol Liqasına müraciət etməyəcək.

SİA-nın verdiyi məlumata görə, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov açıqlama verib. O bildirib ki, UEFA Çempionlar Liqasında Çexiyanın "Viktoriya" (Plzen) kollektivi ilə görüşlərlə əlaqədar Premyer Liqa qarşılaşmasını ertələtmək fikirləri yoxdur.

"Çıxıb çempionat matçımızı keçirəcəyik. Sonrasına isə baxarıq", - deyə Qurbanov əlavə edib.

Qeyd edək ki, "Qarabağ" "Sumqayıt"la oyununu avqustun 13-də "Kapital Bank Arena"da keçirəcək. Matç saat 18:20-də başlanacaq. "Viktoriya" ilə qarşılaşmalar isə 16/17 avqustda evdə, 23/24 avqustda səfərdə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə