"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"una 3:1 hesabı ilə qalib gələrək (ilk oyun - 1:1) pley-offa adlamaları barədə danışıb.
SİA Qol.az-a istinadən xəbər verir ki, o, səfərdəki cavab matçından sonra təşkil olunan mətbuat konfransında deyib: "Futbolçularımı təbrik edirəm. Həqiqətən də çox əziyyət çəkdirlər. Qalib gəlməyi çox istəyirdilər. Allaha şükürlər olsun, hər şey bizim tərəfimizdə oldu. Hesab bəlkə də bizi aldada bilər. Amma buna baxmayaraq, çox əziyyət çəkərək qalib gəldik. Çox yaxşı komandaya qarşı oynadıq. Bir şeyi qeyd edim ki, hesabın tam əksi də ola bilərdi. Çünki rəqibin də çox yaxşı qol imkanları var idi. "Ferentsvaroş"a uğurlar arzu edirəm. Öz futbolçularımın isə hər birini qucaqlayıram. Bütün Azərbaycanı təbrik edirəm".
Ən azı Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edən Ağdam təmsilçisinin çalışdırıcısı minimum hədəflərinə çatıb-çatmadıqları ilə bağlı sualı bu cür cavablandırıb: "Biz bu gün ümumiyyətlə bu barədə düşünmürük. Mən dəfələrlə demişəm ki, bizim irəli getmək üçün nə qədər şansımız varsa, ondan maksimum yararlanmalıyıq. Biz bu gün rahat olub, desək ki, eybi yox, uduzsaq da, Avroliqanın qrupunu təmin etmişik, uduzmuş olarıq. Futbol hazırda elə bir səviyyəyə gəlib çatıb ki, hər il belə uğurları, qalibiyyətləri əldə etmək olmur. Çünki hər bir rəqib, hər bir ölkənin futbolu tam fərqli səviyyəyə gəlib çıxıb. Ona görə də bu gün şansımız varsa, bundan maksimum yararlanmağa çalışmalıyıq".
Q.Qurbanov "Viktoriya"ya (Plzen, Çexiya) qarşı pley-off oyununu Bakı Olimpiya Stadionunda keçirib-keçirməyəcəkləri barədə suala da cavab verib: "Hazırda buna cavab verə bilməyəcəyəm. Çünki bütün oyunlarımızı Tofiq Bəhramov adına Respublika Stadionunda oynamışıq. Bu barədə yəqin ki, müzakirə etmək lazım olacaq. Bəlkə də birdən-birə stadionu dəyişdirib, BOS-a getmək düzgün olmaz. Ona görə hər bir halda Bakıda bu məsələni müzakirə edərik".
Qurbanov bildirib ki, rəqib komandanın baş məşqçisi Stanislav Çerçesova böyük hörməti var: "Çerçesova böyük hörmətim var, O, çox bacarıqlı mütəxəssisdir. Futbolçu və məşqçi karyerası məndən daha üstündür. Ona taktiki planda qalib gəldiyini deyə bilmərəm. Sabah bu, mənim də başıma gələ bilər. Ona görə bu cür düşünmək istəmirəm. Çerçesov çox yaxşı komanda formalaşdırıb. Heyətdə səviyyəli futbolçular var. İdmanda hər zaman güclü qələbə qazanmır. Bu gün biz bu qələbəni haqq edirdik, çox istəyirdik".
Qurbanov qeyd edib ki, futbolçuların hamısının sağlam olması baş məşqçi üçün üstünlükdür: "Hər komandada lider futbolçu olur. Amma hər oyunçunun üzərinə bir tapşırıq düşür. Kadi Borges bu gün çox yaxşı oyun göstərdi və mübarizə apardı. Əslində heç kimi fərqləndirmək istəmirəm. Hamısı bu qələbəyə layiq idi".
Qeyd edək ki, "Qarabağ" pley-offda “Viktoriya” (Çexiya) ilə qarşılaşacaq. "Qarabağ" ilk görüşünü evdə keçirəcək. Pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Gürcüstan müxalifəti yeni mitinq elan edib
Dünya 20:58Putin may ayında Çinə səfər etmək niyyətindədir
Dünya 20:27Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
İqtisadiyyat 20:16Pavel Priqojin atasının ölümünün qisasını alıb?
Dünya 19:28“Sahibkarlar günü” ilə bağlı konfrans keçirilib - YENİLƏNİB - FOTOLAR
İqtisadiyyat 19:00İstehlaka yararsız qida məhsulları məhv edilib
Sosial 18:28Qərbin “VARDANYAN ŞOUSU” – TƏHLİL
Siyasət 18:04SOCAR ilə DVX arasında memorandum imzalanıb - FOTOLAR
İqtisadiyyat 17:25Ötən ay 63 milyon manat ipoteka krediti verilib
İqtisadiyyat 17:19Azərbaycanda yeni nazir əvəzi TƏYİN EDİLDİ
Siyasət 17:18Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib
Siyasət 17:09Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
İqtisadiyyat 16:46Evlərdə yeni otaq: SOYUNMA-GEYİNMƏ OTAĞI - ARAŞDIRMA
Maraqlı 16:35Prezident Şarl Mişeli COP29-a dəvət edib
Siyasət 16:16Sifarişli və qərəzli hesabat - RAKURS
Siyasət 16:12Elmira Süleymanova ilə vida mərasimi başa çatıb
Hadisə 15:12Zərdabda moped, Salyanda avtomobil yanıb
Hadisə 14:34Mbappe PSJ-nin heyətində yeni rekorda imza atıb
İdman 14:25Türk dünyası böyük bir fenomenə çevrilib - Səməd Seyidov
Siyasət 14:20"Qəbələ"nin futbolçusu əməliyyat olunub
İdman 14:14Azərbaycanın ilk ombudsmanı vəfat edib
Hadisə 14:13Türk dövlətləri parlamentləri Qarabağa səfər edəcəklər
Siyasət 13:07"Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb" - Sahil Babayev
İqtisadiyyat 13:04Ötən sutka 46 yanğına çıxış olub - FHN
Hadisə 13:03Özəl xəbərlər
Digər xəbərlərRedaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8205 +0,04%
- GBP 2,1193 +0,09%
- RUB 0,0184 +1,09%