"Qarabağ"dan "Ferentsvaroş"a 2-ci qol - Yenilənir

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

SİA Qol.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” Macarıstanda “Ferentsvaroş”la qarşılaşır.

Budapeştdə keçirilən görüş Bakı vaxtı il saat 22:00-da başlayıb. Bakıdakı ilk oyun 1:1 hesabı ilə nəticələndiyindən hər iki komandanın mərhələ keçmək şansı bərabər qiymətləndirilə bilər.

Qeyd edək ki, cütün qalibi pley-offda “Viktoriya” (Çexiya) ilə qarşılaşacaq. Məğlub komanda isə Avropa Liqasının pley-offunda “Şemrok Rovers” (İrlandiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.

9 avqust

Çempionlar Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu

22:00. "Ferentsvaroş" (Macarıstan) - “Qarabağ” (Azərbaycan) - 0:2 (İkinci hissə)

Qol: Abdullah Zubir, 7, İbrahima Vadji, 54
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Budapeşt. “Ferensvaroş” stadionu
İlk oyun – 1:1

Bütün xəbərlər Facebook səhifəmizdə