Millimiz iki yoldaşlıq oyunu keçirəcək

Futzal üzrə Azərbaycan millisinin avqustun 9-dan 20-dək Bakıda təlim-məşq toplanışı olacaq.

SİA Qol.az-a istinadən xəbər verir ki, yığmamız hazırlıq çərçivəsində avqustun 17-də və 19-da Bakı İdman Sarayında Türkmənistan milli komandası ilə iki yoldaşlıq oyunu keçirəcək. Hər iki oyun saat 18:00-da start götürəcək.

Millimizin heyətinə dəvət olunmuş futzalçıların siyahısı

Qapıçılar: Emin Kürdov (klubsuz), Azər Fərmanov (Araz-Naxçıvan), Zaur Sultanov (U-19)

Oyunçular: İsa Atayev, Xətai Bağırov (hər ikisi “Beşiktaş Gent”, Belçika), Oruc Baxşəlizadə, Nurlan Mehdizadə, Fərid Atakişiyev (hamısı "Neftçi" İK), Fuad Məmmədzadə, Novruz Kazıxanov, Nurlan Məmmədov, Məhəmməd Abbasov, Mikayıl Qiyasov (hamısı U-19), Murad Quluzadə ("Baku Fire").

Bütün xəbərlər Facebook səhifəmizdə