Şahmatçılarımızın turdakı rəqibləri açıqlandı

Bu gün Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadasının son turunda komandamızın rəqibləri məlum olub. SİA-nın AŞF-yə istinadən məlumatına görə, kişilərdən ibarət komandamız (Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Vasif Durarbəyli, Rauf Məmmədov) Serbiya, qadın yığmamız (Günay Məmmədzadə, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva) isə Gürcüstan şahmatçıları ilə mübarizə aparırlar.

Qeyd edək ki, hazırda qadın yığmamız 16 xalla 3-cü, kişi şahmatçılarımız isə 14 xalla 16-cı sırada qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə