Azərbaycan komandası Sudanla qarşılaşacaq

V İslam Həmrəyliyi Oyunlarında voleybol yarışları davam edir. SİA-nın AVF-yə istinadən məlumatına görə, kişilərdən ibarət millimizin ilk oyunu A qrupunda Sudan yığması ilə olacaq.

Sudan - Azərbaycan qarşılaşması 9 avqust saat 11:00. Konya - Konqres Mərkəzində keçiriləcək.

Qeyd edək ki, hər biri 8 komandadan ibarət olan qadınlar və kişilərin yarışları 9 gün davam edəcək. 2 qrupda 4 komanda öz aralarında bir günlük fasilələrlə bir mərhələli liqa üslubunda oynayır, qrup yarışları ilk 6 gündə tamamlanır. Yeddinci gün yarımfinal, səkkizinci gün üçüncü yer və final görüşləri oynanılır. Qrup qalibləri və ikinciləri 1/4 finalda, A1-B2, A2-B1 qalibləri qızıl, məğlub olanlar isə bürünc medallar uğrunda mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...