İsmayıllıda təlim-məşq toplantısı keçirilir - FOTO

2022-ci il yay mövsümü yekunlarına əsasən, ölkə birinciliklərində ən yaxşı nəticə göstərən, Bakı, Gəncə, Bərdə, Naxçıvan və Astaradan olan yeniyetmə idmançılarımız təlim-məşq toplanışına cəlb olunmuşlar. SİA-nın AAF-ya istinadən məlumatına görə, 7-17 avqust tarixlərində İsmayıllı Olimpiya Kompleksində keçirilən təlimlərdə Bakı, Gəncə, Bərdə, İsmayıllı və Naxçıvandan olan məşqçilər də iştirak edirlər.

Təlim-məşq toplanışına Azərbaycan Atletika Federasiyasının məşqçisi Anar Yusifov rəhbərlik edir.

Müəllif: Şiraslan

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...