Stolüstü tennisçimiz Emin Məmmədov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında mübarizəyə qələbə ilə başlayıb. SİA-nın ASTF-na istinadən məlumatına görə, kişilərin şəxsi yarışında Qazaxıstan idmançısı Akimali Bakdauleti 3:0 hesabı ilə üstələyən Emin Məmmədov 1/16 finala vəsiqə qazanıb. Onun növbəti rəqibi Məhəmməd Şəffan İsmayıl olacaq. Digər idmançımız Adil Əhmədzadə isə, rəqibi oyuna çıxa bilmədiyindən birbaşa 1/8 final mərhələsinə adlayıb.
Qeyd edək ki, bu gün qadın stolüstü tennisçilər Zemfira Mikayılova ilə Ləman Əbdülhəmidova da mübarizəyə qoşulacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB