“Neftçi” “Şamaxı”ya, “Sabah” “Sumqayıt”a qarşı

Futbol üzrə Misli Premyer Liqasında 1-ci turun oyunları keçirilir.

SİA Matc.az-a istinadən xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.

Əvvəlcə “Neftçi” səfərdə “Şamaxı”nın qonağı olacaq. Günün digər matçı isə “Sabah”la “Sumqayıt” arasında keçiriləcək.

Tura sabah keçiriləcək “Turan Tovuz” – “Qəbələ” oyunu ilə yekun vurulacaq. Daha öncə baş tutmuş oyunlarda “Zirə” “Kəpəz”ə 2:1, “Qarabağ” isə “Səbail”ə 3:1 hesabıyla qalib gəlib.

Misli Azərbaycan Premyer Liqası

1-ci tur

7 avqust

17:00. Şamaxı - Neftçi

Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev.

VAR hakimi: Tural Qurbanov.

VAR hakiminin köməkçisi: Vüsal Məmmədov.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

Şamaxı şəhər stadionu.

19:15. Sabah - Sumqayıt

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.

VAR hakimi: Əliyar Ağayev.

VAR hakiminin köməkçisi: Cavid Cəlilov.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Ramiz Mustafayev.

Masazır. “Bank Respublika Arena”.

Bütün xəbərlər Facebook səhifəmizdə