“Beşiktaş” mövsümə çətin qələbə ilə başladı

Futbol üzrə Türkiyə Super Liqasında 1-ci turun oyunları keçirilir.

SİA Matç.az-a istinadən xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Günün ilk matçı “Sivasspor”la “Qaziantep” arasında keçirilib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Digər oyunda isə “Beşiktaş” “Kayserispor”u qəbul edib. İstanbul təmsilçisi bu oyunun sonlarında vurduğu yeganə qol sayəsində çətin qələbəyə sevinib.

Türkiyə Super Liqası

1-ci tur

6 avqust

Sivasspor – Qaziantep 1:1

Qol: Qradel, 64-pen – Maksim, 22.

Beşiktaş – Kayserispor 1:0

Qol: Gezzal, 90+6.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...