AFFA Hakimlər Komitəsinin sədri Çempionlar Liqası matçına təyinat alıb

AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək UEFA Çempionlar Liqasının matçına təyinat alıb. SİA AFFA-nın saytına istinadən xəbər verir ki, türkiyəli mütəxəssis UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu olan PSV (Niderland) – "Monako" (Fransa) matçının hakim-inspektoru olacaq.

Qeyd edək ki, bu görüş avqustun 9-da Eyndhoven şəhərindəki PSV stadionda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə