UFC-nin keçmiş çempionu Konor Makqreqor 1989-cu ildə çəkilmiş Amerika döyüş filmi "Bar fədaisi"nin (Road house) yenilənmiş versiyasında rolunu yenidən canlandıracaq. SİA-nın "Championat"a istinadən məlumatına görə, Makreqorun çəkildiyi filmdə aktyorlar Ceyk Cillenhaal, Bill Maqnussen və Daniela Melşior da rol alacaqlar.

Filmi "Keçmişi olmayan adam" (“The Bourne Identity”), "Cənab və Xanım Smitlər" (“Mr and Mrs. Smith”) və "Sabahın sərhəddində" (“Edge of Tomorrow”) filmləri ilə tanınan amerikalı rejissor Daq Layman idarə edəcək.

Film Floridada bir yeməkxanada mühafizəçi kimi işə düzələn keçmiş UFC döyüşçüsündən (Ceyk Cillenhaal) bəhs edir. Makqreqorun baş rol oynamayacağı, orijinal obraz kimi çıxış edəcəyi də bildirilir.

Müəllif: Şiraslan

Bütün xəbərlər Facebook səhifəmizdə