Stolüstü tennisçilər Konyaya yollanıblar. Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, stolüstü tennisçilərimiz bu gün İslam Həmrəyliyi Oyunlarının ev sahibi olan Konya şəhərinə yola düşüblər. Türkiyəyə yollanan heyətdə baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Vəzir Allahverdiyev, Nihad Məmmədov, Emin Məmmədov, Adil Əhmədzadə, Nəzakət Qarayeva, Ləman Abdulhəmidova, Zemfira Mikayılova və Mərziyyə Nurmətova bacarığını göstərəcək. Beynəlxalq dərəcəli hakim Zaur Mikayılov isə İslamiadanın görüşlərini idarə edəcək.
Stolüstü tennisçilərin mübarizəsinə avqustun 7-də start veriləcək.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB