Şahmatçılarımızın 7-ci turda qarşılaşması olacaq

Şahmatçılarımızın 7-ci turda qarşılaşması olacaq

Azərbaycanın kişi və qadınlardan ibarət milli komandalarının Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında 7-ci turdakı rəqibləri məlum olub.
SİA-nın AŞF-na istinadən məlumatına görə, kişilərdən ibarət yığma avqustun 5-də VII tur çərçivəsində İsrail seçməsi ilə qarşılaşacaq. Qadın millimiz isə Hindistanla mübarizə aparacaq.
Qeyd edək ki, altı turdan sonra kişi yığmamız 9 xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. Aktivində 11 xal olan qadın millimiz lider Hindistandan 1 xal geri qalaraq ikinci sıradadır.

Bütün xəbərlər Facebook səhifəmizdə