"Öncə komandamı təbrik edirəm. Onlar çox yaxşı oynadılar. Biz bu gün güclü komandaya qarşı mübarizə aparırdıq. Düşünürəm ki, qarşı komanda sonuna qədər mübarizə apardı". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakıda keçirilən UEFA Konfrans Liqasının lll təsnifat mərhlələsinin ilk oyununda "Nefçi" - "Rapid" qarşılaşmasından sonra keçirilən mətbuat konfransında "Neftçi" komandasının baş məşqçisi Laurensiu Regekampf bildirib.
Ruminyalı baş məşqçinin sözlərinə görə, son dəqiqələrdə buraxılan qollar onu narazı salıb: "Fikrimcə, komandam ordakı oyunda da qələbə qazanacaq. Mən rəqibə imkan vermirdim ki, oyunu arxadan qursunlar. İkinci hissə də onlar da boşluqlar yarandı və oyunun sonlarında komandam hazırladığımız planı həyat keçirtmək üçün aktiv şəkildə oynamadılar. Sonda buraxdığımız qol bizə təsir etməyəcək. Bu cür səviyyə də şansa ümid buraxmaq olmaz. Fikrimcə, bu günkü oyunda "Rapid" komandasına qarşı qələbə qazanamaq onlar üçün böyük bir sevincə səbəb oldu. Əlbətdə mən tempi qoruyub saxlamalıyam. Komanda olaraq çalışmalıyıq ki, bu səviyyəmiz hər zaman qoruyub, saxlayaq. Biz səhvlərimizin üzərində işləyib, ən yaxşısını bacarmalıyıq. Təbii ki, hər bir oyun çətindir. Biz bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Bu günkü oyunda hava şəraiti hamı üçün çətinlik yaratdı. Azərbaycan futbolu və bizim komandamız üçün bu günkü qələbə çox böyük fəxrdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB