"Mançester Yunayted"in müdafiəçisi "Sevilya"da

"Mançester Yunayted"in müdafiəçisi "Sevilya"da

"Sevilya" heyətini yeni futbolçu ilə gücləndirib.

SİA Qol.az-a istinadən xəbər verir ki, Əndəlus təmsilçisi "Mançester Yunayted"dən Aleks Tellesi heyətinə qatıb. Bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Braziliyalı müdafiəçi 2022/2023 mövsümünü icarə əsasında "Sevilya"da keçirəcək.

Qeyd edək ki, 2020-ci ildə "Mançester Yunayted"ə "Portu"dan keçən Telles son mövsümdə "qırmızı şeytanlar"ın heyətində 26 oyuna 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə