Nazim Babayevin də qatıldığı millimizin heyəti açıqlanıb - V İslam Həmrəyliyi Oyunları

Nazim Babayevin də qatıldığı millimizin heyəti açıqlanıb - V İslam Həmrəyliyi Oyunları

Bildiyiniz kimi, Türkiyənin Konya şəhəri 9-18 avqust 2022-ci il tarixlərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. SİA-nın Azərbaycan Atletika Federasiyasına istinadən məlumatına görə, oyunlarda Atletika idman növü üzrə ölkəmizi təmsil edəcək idmançılarımızın siyahısı təqdim olunub:
1) Nazim Babayev – uzunluğa Tullanma, üçtəkanla tullanma
2) Aleksis Kopello – üçtəkanla tullanma
3) Nağıyev Əlhəm – 100m/200m məsafəyə qaçış
4) Hanna Skydan – çəkic atma
5) Yekaterina Sariyeva – uzunluğa tullanma, üçtəkanla tullanma
6) Pextireva Yelena – uzunluğa tullanma

Bütün xəbərlər Facebook səhifəmizdə