"Çelsi" 75 milyon avro təklif edib

"Çelsi" 75 milyon avro təklif edib

Londonun "Çelsi" klubu "Lester"in 21 yaşlı mərkəz müdafiəçisi Uesli Fofana ilə müqavilə imzalamağı planlaşdırır.

SİA-nın "Championat"a istinadən məlumatına görə, "Çelsi" oyunçu üçün 75 milyon avro təklif etsə də razılaşma hələ ki, alınmayıb. 2022/2023 mövsümü ərəfəsində "Lester" komandası Fofananı əvəzolunmaz oyunçu hesab edir. Fofana özü isə Çempionlar Liqası uğrunda mübarizə aparmaq üçün "Çelsi"yə keçmək istəyir.

Qeyd edək ki, Fofana 2020-ci ilin oktyabrında "Sent-Etyen"dən "Lester Siti"yə keçib. O vaxtdan bəri müdafiəçi 50 oyunda 1 qol vurub və məhsuldar ötürmə edib. Tərəflər arasında müqavilənin müddəti 2027-ci ildə başa çatır.

Müəllif: Şiraslan

Bütün xəbərlər Facebook səhifəmizdə