UEFA Avropa Konfrans Liqasında mübarizəsini davam etdirən “Neftçi” bu gün turnirin üçüncü təsnifat mərhələsində növbəti oyununu keçirəcək. SİA-nın AFFA-ya istinadən xəbərinə görə Bakı klubunun təmsilçiləri Avstriyanın “Rapid” (Vyana) klubu ilə qarşılaşacaq. Bakcell Arena-da saat 21:00-da başlayacaq oyun CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. Qarşılaşmanı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
“Neftçi” – “Rapid” (Vyana, Avstriya)
4 avqust. Bakcell Arena. Saat 21:00
Baş hakim: Dario Bel
Baş hakimin köməkçiləri: Maryan Tomas, Kristian Novosel
Dördüncü hakim: Tihomir Pejin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB