"Ən çox mübarizə apardığımız oyun oldu" - BAŞ MƏŞQÇİ AÇIQLADI

"Ən çox mübarizə apardığımız oyun oldu" - BAŞ MƏŞQÇİ AÇIQLADI

"Çox gərgin və maraqlı bir oyun oldu. Ötən gün də qeyd etmişdim ki, maraqlı komandayla birlikdə oynayacayıq. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov bildirib.

Onun sözlərinə görə, bizim bəlkə də ən çox mübarizə apardığımız bir oyun oldu: "Təbii ki, hər şey cavab oyununda bilinəcək. Çalışacıyıq ki, gələn oyunda da əlimizdən gələni edək. Hər bir idmançı çox layiqincə çıxış etdi. Bizim əsas məqsədimiz rəqibi məğlub etməkdir. Komandam da olan hər bir futbolçu qalib olmağımız üçün əlindən gələni edir".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə