Rusiyadan Türkiyə çempionatı üçün bir ilk

Rusiyadan Türkiyə çempionatı üçün bir ilk

Rusiyada ilk dəfə Türkiyə çempionatının oyunları yayımlanacaq. SİA-nın "Sports.ru"ya istinadən məlumatına görə, "Futbol" telekanalı Türkiyə Superliqasının yayımının müstəsna hüququnun sahibi olub. 2022/23 və 2023/24 mövsümlərində kanal hər turda dörd çempionat matçı nümayiş etdirəcək.

Xatırladaq ki, Türkiyə çempionatı avqustun 5-də başlayır. "Futbol" kanalında 1-ci turda "İstanbulspor" - "Trabzonspor", "Antalyaspor" - "Qalatasaray" və "Fənərbaxça" - "Ümraniyespor" oyunlarını izləmək mümkün olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə