"Barselona" Pyaniçlə bağlı qərar verəcək

"Barselona" Pyaniçlə bağlı qərar verəcək

"Barselona" bu həftə ərzində Miralem Pyaniçin gələcəyi ilə bağlı qərar verəcək. SİA-nın "Sports.ru"ya istinadən məlumatına görə, "Beşiktaş"dan qayıdan 32 yaşlı yarımmüdafiəçi gələn mövsüm Kataloniya klubunda qala bilər. Belə olan halda onun maaşı kəsilməli olacaq və 20 yaşlı Niko Qonzales icarəyə göndəriləcək.

Əgər "Barselona" Pyaniçi buraxmaq qərarına gəlsə, onun müqaviləsinə xitam veriləcək. Hər halda "Barselona" ya Pyaniçin maaşını kəsəcək, ya da müqaviləsini ləğv edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə