Ukrayna millisi dünya çempionatından imtina etdi

Ukrayna millisi dünya çempionatından imtina etdi

Ukrayna millisi tay boksu üzrə gənclər arasında dünya çempionatında iştirakdan imtina edib. SİA Ukraynanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ukrayna yığmasının bu qərarı Beynəlxalq Tay Boks Assosiasiyaları Federasiyasının Rusiya və Belarus idmançılarının turnirdə iştirakına icazə verməsi ilə əlaqədardır.

Xatırladaq ki, avqustun 9-dan 20-dək Kuala-Lumpurda (Malayziya) muay-tay üzrə gənclər arasında dünya çempionatı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə