Tayson Fyuri üçüncü döyüş üçün Derek Çisoranın komandası ilə danışıqlar aparır. SİA-nın "Sports.ru"ya istinadən məlumatına görə, Derek Çisoranı təmsil edən menecer Devid Hans açıqlama verib ki, ağır çəkidə WBC çempionu Tayson Fyuri növbəti döyüşü ilə bağlı danışıqlara başlayıb.
“Tayson komandası artıq ilin sonunda baş verə biləcək döyüşün təfərrüatlarını müzakirə etmək təklifi ilə bizə müraciət edib. Hələlik yalnız eskizlər var. Hər şeyi daha ətraflı müzakirə etmək üçün bir daha görüşəcəyik ”, - deyərək Hans bildirib.
Xatırladaq ki, Fyuri və Çisora arasında 2011 və 2014-cü illərdə baş tutan ilk iki döyüş Taysonun qələbəsi ilə başa çatıb.
Son döyüşdə Fyuri Dillian Vaytı nokaut edib. Derek Çisora isə Kubrat Pulevdən qisas alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB