"Milan" hücumçu aldı

"Milan" "Brügge"dən Şarl de Ketelareni transfer edib.

SİA Qol.az-a istinadən xəbər verir ki, 21 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Belçikalı oyunçu yeni klubunda 90 nömrəli forma ilə çıxış edəcək.

İtaliya mətbuatı bu transfer üçün "Milan"ın 32 milyon avro təzminat ödədiyini yazıb.

Qeyd edək ki, de Ketelare ötən mövsüm Belçika təmsilçisində meydana çıxdığı 49 matçda 18 qol vurub, 10 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə